"Bütün qışı elektrik enerjisinin kəsilməsi ilə yaşamalı olacağı"

"Ukrayna bu qış davamlı olaraq məhdud elektrik istehlakı şəraitində yaşayacaq".

AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bildirib. Onun sözlərinə görə, hazırda enerji sistemində vəziyyət nəzarət altındadır, lakin hələ də elektrik enerjisində xeyli qıtlıq var.

"Ölkədə bütün istilik və su elektrik stansiyaları zədələnib. Ona görə də əksər rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyətlər hələ də əhəmiyyətlidir. Bu, enerji sistemimizin balansını saxlamaq üçün zəruri tədbirdir.

Açıq deyək ki, bu qış biz davamlı olaraq məhdud elektrik istehlakı şəraitində yaşayacağıq, ona görə də dövlət və hökumət ilk növbədə kimin elektrik enerjisi alacağı ilə bağlı prosesi sistemləşdirir”.

O, energetika nazirinə elektrik enerjisinin verilməsi üçün aydın prioritetləri işləyib hazırlayıb hökumətə təqdim etməyi tapşırıb.

Onun sözlərinə görə, birinci prioritet kritik infrastruktur, xüsusilə su və istilik təchizatı obyektləri və xəstəxanalardır. İkinci prioritet dövlətin müdafiəsi üçün işləyən hərbi-sənaye kompleksinin obyektləridir. “Hər şey cəbhə üçün” prinsipi tamamilə dəyişməz olaraq qalır. Üçüncü prioritet kritik mallar və məhsullar istehsal edən biznesdir. Bunlar, məsələn, çörək və süd zavodlarıdır. Dördüncü prioritet yaşayış sahəsidir.

"Yalnız bu dörd qeyd olunan qrup daxil olduqdan sonra digər obyektlərə də elektrik enerjisi verilməlidir. Bu, ölkəmizə bu qışdan sağ çıxmağa imkan verəcək ədalətli yanaşmadır".

Qeyd edək ki, Ukraynanın energetika naziri Herman Qaluşenko bildirib ki, dekabrın 5-də Rusiyanın kütləvi hücumu zamanı raketlər həm generasiya qurğularını, həm də yarımstansiyaları vurub.

Şahanə Rəhimli
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

"TikTok"dakı bu trend qəfil ölümə səbəb olur - XƏBƏRDARLIQ

SONRAKI XƏBƏR

Deputatlar beynəlxalq tədbirdə iştirak etdilər