Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin təşviqi ilə bağlı müzakirələr aparılıb

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin təşviqi ilə bağlı müzakirələr aparılıb<span class="qirmizi"></span>

 

Ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi ilə bağlı müzakirələr aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət İşçi qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun iclası keçirilib. Onlayn formatda təşkil olunmuş iclasda 2023-cü ildə ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun fəaliyyətinin effektiv təşkili və qarşıda duran vəzifələrin icrası, eləcə də ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və məqbul səviyyədə həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq təqdimat dinlənilib.

İclas çərçivəsində, həmçinin iştirakçıların sualları cavablandırılıb, işlərin komanda halında təşkili və qrup üzvləri arasında kommunikasiyanın operativ aparılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Mənbə: azertag.az