İKTM: "Azərbaycanın qeyri-neft ixracının strukturu nəzərə çarpacaq dərəcədə yaxşı deyil"

İKTM: "Azərbaycanın qeyri-neft ixracının strukturu nəzərə çarpacaq dərəcədə yaxşı deyil"<span class="qirmizi"></span>

Azərbaycanın qeyri-neft ixracının dəyərində artım olsada, struktur baxımından məhsulların çeşidlənməsi nəzərə çarpacaq dərəcədə yaxşı deyil.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İKTM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracının dəyəri 3 milyard ABŞ dollarını keçib.

O qeyd edib ki, Azərbaycanın ixrac payında meyvə və tərəvəz üstünlük təşkil edir: “Qeyri-neft İxrac dəyərinin tərkib hissəsi 600 milyon ABŞ dolları aqrar, 190 milyon ABŞ dolları aqrar-sənaye məhsulları təşkil edir. İxrac olunan meyvə və tərəvəzin tərkib hissəsinə baxsaq, daha çox pomidor məhsulunun ixrac olunduğunu görərik".

Mənbə: report.az