Türkiyədən Ukraynaya kömək: Taxıldan sonra elektrik dəstəyi

Türkiyədən Ukraynaya kömək: Taxıldan sonra elektrik dəstəyi<span class="qirmizi"></span>

Türkiyə Rusiyanın hücumları nəticəsində enerji infrastrukturu ciddi şəkildə zədələnən Ukraynaya elektrik enerjisi verilməsində dəstək verməyə hazırlaşır. Türkiyənin “Karpowership” şirkəti ilə Ukraynanın ECU enerji şirkəti arasında elektrik enerjisi təchizatına dair ilkin müqavilə imzalanıb.

Proses başa çatdıqdan sonra Rumıniya və Moldovada yanaşacaq üzən elektrik stansiyaları Ukraynanı elektrik enerjisi ilə təmin edəcək.

Razılıq halında, Karpowership gəmiləri Dunaydan, Rumıniya sahillərindən və Moldovanın Giurgilesi limanlarından yanaşmağı planlaşdırır. Üzən elektrik stansiyalarının Ukraynada təxminən 1 milyon ev təsərrüfatının elektrik enerjisinə ehtiyacını ödəyə biləcəyi bildirilsə də, bu, Odessa kimi böyük bir şəhərin istehlakını qarşılaya bilməyəcək.

Mənbə: www.kommersant.az