Ukraynadan Əfqanıstana taxıl yardımı yola salındı

Ümumdünya Ərzaq Proqramının (ÜƏP) humanitar yardımı çərçivəsində taxıl dəhlizi vasitəsi ilə Əfqanıstana taxıl yüklü gəmi İstanbulda yollamadan keçib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ümumdünya Ərzaq Proqramının (WFP) humanitar yardımı çərçivəsində təxminən 16 min ton buğda daşıyan gəmi 15 yanvar 2023-cü ildə Ukraynanın Çornomorsk limanından yola düşüb və İstanbulun Zeytinburnu sahillərində Müştərək Koordinasiya Mərkəzinin əməkdaşları tərəfindən yoxlanılıb. Bu, Əfqanıstana yola düşən 5-ci gəmidir.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

"Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşdü" - Rusiya XİN (VİDEO)

SONRAKI XƏBƏR

Rusiyada faciə: İçində insanlar olan evi yandırdı