Ötən il 89 min ton neft bitumu ixraca göndərilib

Ötən il 89 min ton neft bitumu ixraca göndərilib<span class="qirmizi"></span>

 

Ötən il ölkədən 89 min ton neft bitumu ixrac olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 25,4 milyon ABŞ dolları təşkil edib.

2021-ci il ölkədən 187,5 min ton neft bitumu ixrac olunub. Həmin ixracın dəyəri 42,2 milyon ABŞ dolları olub.

Mənbə: azertag.az