Bu ölkədə avtomobil istehsalında böhran yaranıb

Bu ölkədə avtomobil istehsalında böhran yaranıb<span class="qirmizi"></span>

Böyük Britaniyada avtomobil istehsalı kəskin şəkildə aşağı düşür.

Publika.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, Böyük Britaniyanın avtomobil istehsalında hazırda son 66 ilin ən zəif dövrü yaşanır.

Bildirilir ki, avtomobil istehsalçıları buna səbəb olaraq, “COVID-19” epidemiyasının qızğın vaxtlarında başlayan qlobal çip böhranını göstərirlər.

İstehsalçılar məqsədlərinin əvvəlki istehsal səviyyələrini bərpa etmək olduğunu deyirlər. 2025-ci ildə ildə 1 milyon avtomobil istehsal etmək gücünə çatmağı planlaşdırırlar.

Lakin onlar Britaniya hökumətini bunun üçün lazımi addım atmamaqda günahlandırırlar. Avropa və ABŞ ilə müqayisədə dövlətin daha az dəstək verməsindən şikayətçidirlər.

Britaniya hökuməti isə istehsal sayını pandemiyadan əvvəlki səviyyəyə qaytarmaqda qərarlı olduğunu açıqlayıb.

Mənbə: publika.az