Ərdoğan qızıl mədəninin açılış mərasimində iştirak edib

Ərdoğan qızıl mədəninin açılış mərasimində iştirak edib<span class="qirmizi"></span>

Türkiyənin Biləcik şəhərində kəşf edilən qızıl mədəni prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Prezident Ərdoğan mərasim zamanı etdiyi çıxışda deyib:

"Yeni kəşflərlə yerli qızıl hasilatını artırmağı hədəfləyirik.

2021-ci ilin yanvar ayından etibarən mədən sahəsində aparılan araşdırmalar nəticəsində 60 ton qızıl ehtiyatı müəyyən edilib.

Obyekt birinci mərhələdə illik 2,5 tona qədər qızıl istehsal gücü ilə fəaliyyət göstərəcək. 3 il ərzində görüləcək işlər ilə obyektdə illik istehsal həcmi təxminən 6,5 tona yüksələcək".

Dövlət başçısı Ərdoğan Qara dənizdə aşkar edilən 710 milyard kubmetr təbii qaz ehtiyatına toxunaraq deyib:

“Millətimiz qarşısında vəd etdiyimiz kimi mart ayının sonundan etibarən Qara dəniz qazını ev təsərrüfatlarına çatdırmağa başlayırıq”.

Adana və Cizrədəki kəşflərlə neft hasilatını artırdıqlarını vurğulayan prezident deyib:

“Mersində Akkuyu Atom Elektrik Stansiyasının tikintisi fasiləsiz olaraq davam edir. Cari il AES-imizin birinci blokunda elektrik enerjisi istehsalına başlayırıq”.

 

Mənbə: sia.az