"Avropa İttifaqı Rusiyaya müharibədə dəstəyinə görə Belarusu ciddi cəzalandırmaq barədə düşünür"

"Avropa İttifaqı Rusiyaya müharibədə dəstəyinə görə Belarusu ciddi cəzalandırmaq barədə düşünür"<span class="qirmizi"></span>

"Avropa İttifaqı Rusiyaya müharibədə dəstəyinə görə Belarusu ciddi cəzalandırmaq barədə düşünür"

"Avropa İttifaqı həmçinin Ukraynaya hərbi müdaxilənin ildönümündə Rusiyaya qarşı 10-cu sanksiyalar paketini elan edəcəyini vəd edib..."

Avropa İttifaqı Rusiyaya müharibədə yardım etdiyinə görə Belarusa qarşı miqyaslı sanksiyalar paketi tətbiq etmək niyyətindədir.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Təklif edilən tədbirlər əvvəllər Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətləri, o cümlədən həlledici texnologiyaların idxalına embarqo və energetika sektoruna qarşı sanksiyaları özündə ehtiva edir.

 

O cümlədən aşağıdakılar təklif edilir:

 

- hərbi məqsədlərlə istifadə edilən və ölkənin sənaye potensialını yüksəltmək qabiliyyətinə malik olan ikiqat təyinatlı mallar və texnologiyaların ixracına qadağa qoyulması;

 

- neft, kömür, metal məhsulları və qızıla qoyulan sanksiyalar;

 

- zinyət əşyaları, investisiyalar və müəyyən xidmətlərə ticarət məhdudiyyətləri;

- ölkənin aviasiya və energetika sektorları və həlledici gəlirlər mənbələrinə qoyulan məhdudiyyətlər.

Avropa İttifaqı ehtiyat edir ki, Belarus ikiqat təyinatlı mallar arasında dronların istehsalında istifadə edilə biləcək tibbi avadanlıq elementlərini idxal edir.

Bu zaman Almaniya Moskva və Minskin sanksiya siyasəti obyektləri kimi bərabər tutulmasına qarşı çıxır.

Lakin sanksiyaların tətbiqi üçün Avropa İttifaqının bütün üzv dövlətlərinin razılığı tələb edilir.

Avropa İttifaqı həmçinin Rusiyaya qarşı 10-cu sanksiyalar paketi üzərində işləyir və onları Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin ildönümündə elan edəcəyini vəd edir.

Mənbə: moderator.az