Paytaxtın Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsindəki yolda hərəkət məhdudlaşdırılıb

Paytaxtın Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsindəki yolda hərəkət məhdudlaşdırılıb.

Dövlət Yol Polisindən AZƏRTAC-a verilən məlumata görə, Səbail rayonu ərazisində Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində qəzalı binanın söküntüsü ilə əlaqədər yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib.

“Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı xahiş edirik”, - deyə DYP-dən bildirilib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"İranda baş verənlərin heç birinin beynəlxalq qanuna dəxli yoxdur” - Mirşahin

SONRAKI XƏBƏR

4 minlik ev kirayələdilər