İran Ermənistanda "modern keçid məntəqəsi" qurur

Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə İranın "Tana Energy Management Company" şirkəti arasında Mehri keçid məntəqəsinin modernləşdirilməsinə dair 18 milyon 495 min avro dəyərində müqavilə imzalanıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Komitə rəhbəri Rüstəm Badasyan birgə fəaliyyətə görə Avropa İttifaqına, Avropa Yenidənqurma və İnkişaf Bankına təşəkkür edib.

O əlavə edib ki, modernləşdirilmiş buraxılış məntəqəsi sərhəddən sürətli keçid üçün imkanlar yaratmağa kömək edəcək.

Qeyd edilir ki, tikinti işləri 2026-cı ildə başa çatdırılacaq.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Almaniyada “Deutsche Post”un 14 minə yaxın əməkdaşı tətilə çıxıb

SONRAKI XƏBƏR

Bu akademiyada rus dili qadağan edildi