İtaliya dənizdə qaz hasilatı üzrə 8 milyard dollarlıq müqavilə imzalayıb

İtaliya dənizdə qaz hasilatı üzrə 8 milyard dollarlıq müqavilə imzalayıb<span class="qirmizi"></span>

İtaliyanın enerji şirkəti "Eni" və Liviya Milli Neft Korporasiyası (NOC) Aralıq dənizində iki qaz yatağının işlənməsi üçün təxminən 8 milyard dollarlıq müqavilə imzalayıb.

"Report" "Il Sole 24 Ore" nəşrinə istinadən xəbər verir ki, bu barədə İtaliya şirkətinin press-relizində deyilir.

Strateji layihə Liviyanın daxili bazarını təmin etmək üçün qaz hasilatını artırmaq, həmçinin Avropaya ixracı təmin etmək məqsədi daşıyır.

Qeyd olunur ki, iki yataqda qaz hasilatı 2026-cı ildə başlayacaq və gündə 750 milyon kubfut qaz səviyyəsinə çatacaq.

Mənbə: report.az