RUSİYADA PUL QALMADI... – Postsovet ölkələrinə milyardlarla dollar axır

RUSİYADA PUL QALMADI... – Postsovet ölkələrinə milyardlarla dollar axır<span class="qirmizi"></span>

Ötən ildə Rusiyadan postsovet ölkələrinə pul köçürmələrinin həcmində rekord artım olub.

“AzPolitika.info” MDB statistika qurumunun məlumatına istinadla xəbər verir ki, 2022-ci ildə ən böyük göndəriş Özbəkistana olan pul transferlərdir. Ötən il bu ölkəyə 14,5 milyard dollar göndərilib ki, bu da bir il əvvəlki 5,6 milyard dollarlıq göstəricidən 160 faiz çoxdur.

Ötən il Rusiyadan Qazaxıstana göndərilən pulun həcmi 775,4 milyon dollara çatıb. 2021-ci ildə bu ölkəyə pul köçürmələrinin həcmi təxminən 114 milyon dollar olub. Gürcüstan, Özbəkistan, Ermənistan və Qırğızıstana da pul göndərilməsi artıb. Gürcüstana köçürmələrin həcmi 411,3 milyon dollardan 2 milyard dollara, Ermənistana 800 milyon dollardan 2,1 milyard dollara, Qırğızıstana isə 2,5 milyard dollardan 2,6 milyard dollara qədər yüksəlib.

Azərbaycana göndərişlərdə də 4 dəfəyə yaxın artım qeydə alınıb, ölkəyə 1.3 milyard dollardan çox vəsait gəlib, habelə Azərbaycan banklarına qoyulan depozitlərin həcmi 5 dəfə artıb.

Köçürmə statistikası “Zolotaya Korona”, “Unistream” və “Contact” sistemlərindən istifadə nəzərə alınmaqla tərtib edilib. Eyni zamanda, bank daşımaları da öyrənilib.

 

Mənbə: azpolitika.info