İtaliya ilə Liviya qaz hasilatına dair müqavilə imzalayıblar

İtaliya ilə Liviya qaz hasilatına dair müqavilə imzalayıblar<span class="qirmizi"></span>

 

İtaliyanın “Eni” neft-qaz şirkəti və Liviyanın Milli Neft Korporasiyası (NOC) arasında təbii qaz hasilatına dair müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloninin Liviyaya səfəri zamanı imzalanan müqavilə çərçivəsində dənizdə qaz hasilatının artırılması nəzərdə tutulur. Qaz hasilatına 2026-cı ildə başlanması və gündəlik 750 milyon standart kubfut qaz səviyyəsinə çatdırılması planlaşdırılır. Müqavilə 8 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Baş nazir C.Meloni Liviyanın İtaliya üçün prioritet ölkə olduğunu bildirib.

 

Mənbə: azertag.az