Avropanın ən böyük regional aviaşirkəti uçuşları dayandırdı

Avropanın ən böyük regional aviaşirkəti uçuşları dayandırdı<span class="qirmizi"></span>

Böyük Britaniyada fəaliyyət göstərən Avropanın ən böyük regional aviaşirkəti olan “Flybe” krallığa və krallıqdan olan bütün uçuşları dayandırıb.

Bu barədə şirkətin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, şirkət artıq 321 işçidən 277-ni ixtisar edib, qalan 44 nəfər isə işini qoruya bilib.

Eyni zamanda, Britaniya Mülki Aviasiya İdarəsinin “Flybe” sərnişinlərinə digər hava daşıyıcılarının uçuşlarında endirimlər təklif etdiyi vurğulanır.

 

Mənbə: www.oxu.az