"SpaceX" şirkəti "Starlink" internet peyklərinin üçüncü partiyasını orbitə çıxarır

"SpaceX" şirkəti "Starlink" internet peyklərinin üçüncü partiyasını orbitə çıxarır<span class="qirmizi"></span>

“Falcon 9” daşıyıcı raketi bu gün 49 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq. Yeni mini peyklər “Starlink” qlobal internet əhatə dairəsinin orbital qrupuna əlavə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə "SpaceX" şirkətindən bildiriblər.

Peyklərin orbitə buraxılışı ABŞ-ın Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından baş tutacaq.

Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peykləri qrupunun 71-ci, bu ay isə üçüncü buraxılışı olacaq.

Mənbə: azertag.az