Mikayıl Cabbarov: "Gömrük işinin təşkilinə və inkişafına töhfə verən həmkarlarımızı təbrik edirik"

Mikayıl Cabbarov: "Gömrük işinin təşkilinə və inkişafına töhfə verən həmkarlarımızı təbrik edirik"<span class="qirmizi"></span>

"Ölkəmizdə gömrük işinin təşkilinə və inkişafına töhfə verən həmkarlarımızı peşə bayramı münasibətilə təbrik edir, işlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

Xatırladaq ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən az sonra — 1992-ci il yanvarın 29-da müstəqil gömrük sisteminin əsası qoyulub. Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biridir. Bu gün, yanvarın 30-da Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 31-ci ildönümü qeyd olunur.

Mənbə: report.az