Rusiyanın “Pobeda” aviaşirkəti Türkiyəyə müntəzəm uçuşlar təşkil edəcək

Rusiyanın “Pobeda” aviaşirkəti Türkiyəyə müntəzəm uçuşlar təşkil edəcək.

“Report”un Türkiyə bürosunun Rusiyanın türk dilində yayımlanan gazetemru.com saytına istinadən məlumatına görə, "Aeroflot" Hava Yollarına məxsus olan “Pobeda” iyunun 3-dən etibarən Moskva-Bodrum müntəzəm reyslərini yerinə yetirməyə başlayacaq.

Bu marşrut üzrə uçuşlar ilk vaxtlar həftənin ikinci, üçüncü və altıncı günləri olacaq. Vnukovo hava limanından həyata keçiriləcək uçuşlar sentyabrın 1-dən gündəlik olacaq.

Bundan əlavə, Moskvadan İstanbul, Antalya və Alaniya şəhərlərinə ayrı-ayrı uçuşlar həyata keçiriləcək. Həmçinin Mahaçqaladan, Kazan və Vladiqafqazdan İstanbula uçuşların olacağı planlaşdırılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan heyəti İran əsgərlərinə şəhidimizin tabutunu daşımağa imkan vermədi - VİDEO

SONRAKI XƏBƏR

Britaniya: Tanklar bu tarixdə Ukraynaya veriləcək!