Rus rublu yenə də ucuzlaşacaq?

Rubl hazırkı zəifləmə dalğasını davam etdirə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, belə bir proqnozu "Arikapital" idarəetmə şirkətinin investisiya strateqi Sergey Suverov verib.

O xatırladıb ki, rublun yeni zəifləmə dalğası ötən həftənin ikinci yarısında başlayıb və bu həftə də davam edib. Buna Qərbin fevralın 5-dən Rusiya neft məhsullarına qiymət tavanı tətbiq etməsi və Rusiya vətəndaşlarının əmanətləri rubla çevirmək əvəzinə xarici banklardakı hesablardan qeyri-dost valyutanı çıxarması riskləri səbəb olub. Suverovun fikrincə, bu dalğa rublun "2023-cü ildə aşağı həddə" yenilənməsinə səbəb ola bilər.

Vəziyyətin belə inkişafı ilə dollar 72,46 rubl, avro 77 rubl, yuan isə 10,56 rubl həddini keçəcək.

Qeyd edək ki, yanvarın 30-da dolların məzənnəsi 70,26 rubl (artım 80 qəpik), avro 76,53 rubl (plus 1,03 rubl), yuan 10,39 rubl (plus 13 qəpik) səviyyəsində başa çatıb.

Ağasəf Babayev

Sia.az

ƏVVƏLKİ XƏBƏR

İnsanlar artıq televizor izləmirlər? - Rəqəmsal texnologiyanın ÜSTÜNLÜKLƏRİ

SONRAKI XƏBƏR

Mirzoyan: “Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqu dəstəkləyir”