BANM-ın ABŞ-da təhsilini davam etdirən məzunu dünyaca məşhur "Linux" əməliyyat sistemində 2 kritik xəta aşkarlayıb.
Publika.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin 2022-ci il məzunu və hazırda Mərkəzi Florida Universitetində Kibertəhlükəsizlik üzrə doktorantura təhsili alan Sənan Həsənov cəmi 5 ayda yazdığı proqram vasitəsilə "Linux" əməliyyat sistemində 2 kritik boşluq tapıb. Bu barədə "Facebook"da "Azərbaycan Universitetləri" səhifəsi məlumat paylaşıb.
Mərkəzi Florida Universitetinin rəhbərliyi, kibertəhlükəsizlik laboratoriyası və "Linux" proqramçıları Sənan Həsənova təşəkkür və təbriklərini çatdırıb.
Qeyd edək ki, Sənan Həsənov Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasından illik 100.000 dollardan çox təqaüd alaraq birbaşa doktorantura pilləsinə qəbul almışdı.
Mehti Kamiloğlu