“Shell”in Rusiya qazının alınması üzrə müqavilələri başa çatıb

Britaniya-Niderland neft-qaz “Shell” şirkətinin boru kəməri vasitəsilə nəql edilən Rusiya təbii qazı və neft məhsullarının alınması üzrə bütün müqavilələri ötən ilin sonunda başa çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“2022-ci il dekabrın 22-də “Shell” “Qazprom Neft” ilə “Salym Petroleum Development” MMC-dəki 50 %-lik payının satışına dair sənədlər imzalayıb. Sazişin başa çatması Rusiya Federasiyasında bir sıra razılaşmalardan asılıdır”, - “Shell” şirkətinin məlumatında qeyd edilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Moskvada bazarda güclü yanğın olub - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycanda avtomobil alqı-satqısı üzrə konsaltinq xidməti varmı?