"Ukrayna iqtisadiyyatının üçdə birini itirib" - Şmıxal

"Ukrayna iqtisadiyyatının üçdə birini itirib" - Şmıxal<span class="qirmizi"></span>

Ukraynanın baş naziri Denis Şmıxal ötən il ölkə iqtisadiyyatının 30%-dən çox azaldığını və bu il 0,3% artımın olacağını təxmin edir.

"Unikal" xəbər verir ki, bu barədə o, Almaniyanın "Der Spiegel " jurnalına bildirib.

“İlkin hesablamalara görə, 2022-ci il üçün azalma 30%-dən çoxdur. İqtisadiyyatımızın üçdə biri yoxa çıxıb... İnflyasiya 26%-dən bir qədər yüksəkdir”, - hökumət başçısı bildirib.

O xatırladıb ki, bir çox müəssisələr, məsələn, ölkənin aparıcı metal istehsalçılarından biri olan “Azovstal” fiziki cəhətdən məhv edilib.

Gülayə Mecid

Mənbə: www.unikal.org