Şadlıq saraylarında qiymətlər bahalaşdı

Şadlıq saraylarında qiymətlər bahalaşdı<span class="qirmizi"></span>

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb.

Axar.az xəbər verir ki, 2022-ci ildə şadlıq saraylarında sifarişlərin sayı 2021-ci ilin sərt karantin qaydaları tətbiq olunmayan dövrünə nisbətən 43.0 % azalıb.

Bununla yanaşı, şadlıq saraylarında 2022-ci ildə qiymətlər 21.6 faiz artıb. Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox artıb: 27.5 faiz.

Dəyəri 40-80 mant olan menyuların qiyməti 20.1 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 17.4 faiz artım qeydə alınıb.

Mənbə: axar.az