AQTA: Abşeronda bir sıra ticarət obyektlərində ciddi nöqsanlar ortaya çıxıb

AQTA: Abşeronda bir sıra ticarət obyektlərində ciddi nöqsanlar ortaya çıxıb<span class="qirmizi"></span>

Abşeronda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər nəticəsində bir sıra ticarət obyektlərində ciddi nöqsanlar ortaya çıxıb.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, belə hallar AQTA-nın əməkdaşları tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Promart” MMC marketdə qeydə alınıb.

Qanun pozuntuları sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı ilə bağlı müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib.

Mənbə: azertag.az