Qızıl FED-in iclasından sonra həftəni sıfır dinamika ilə başa vura bilər

Qızılın qiyməti cümə günü səhər bir troy unsiyası üçün 1 930 ABŞ dolları səviyyəsinə yaxınlaşaraq cüzi düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,12 % və ya 2,35 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 928,45 ABŞ dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,32 % düşərək 1 unsiyası 23,54 ABŞ dolları təşkil edib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclasından sonra qızıl həftəni sıfır dinamika ilə başa vura bilər.

Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,07 % düşərək təxminən 101,83 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıtda evdən 15 000 dollar və qızıl-zinət əşyaları oğurlanıb

SONRAKI XƏBƏR

Bələdiyyə sədri onu lağa qoyan icra başçısını MƏHKƏMƏYƏ VERDİ