Bloomberqdən İDDİA: Aİ Rusiyaya qarşı sanksiyalarda qəsdən boşluğa yol verib, çünki…

Bloomberqdən İDDİA: Aİ Rusiyaya qarşı sanksiyalarda qəsdən boşluğa yol verib, çünki…<span class="qirmizi"></span>

 

Avropa İttifaqı (Aİ) Rusiyadan neft və dizel yanacağı almaq üçün qəsdən anti-Rusiya sanksiyalarında boşluğa yol verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberq” analitiki Cek Vittels yazıb.

Müəllifin fikrincə, Avropa Moskvadan neft və dizel yanacağını almağa davam etmək üçün Rusiyaya qarşı məhdudiyyətlərdə bir sıra nöqsanlara yol verib:

"Yanacaq, çox güman ki, daha mürəkkəb dövrəli yollarla axmağa davam edəcək. Xüsusilə, Avropa bəzi üçüncü ölkələr vasitəsilə bu məhsulları almağa davam edə bilər”.

Vittels qeyd edib ki, Aİ-nin Rusiyadan neft və neft məhsullarının tədarükünə tətbiq etdiyi embarqoya baxmayaraq, Avropa Rusiya Federasiyasından yanacaq almağa davam edəcək.

Bizim.Media

Mənbə: bizim.media