Avropa İttifaqı Şurası Rusiyanın neft məhsullarına qiymət tavanını təsdiqləyib

Avropa İttifaqı Şurası Rusiyanın neft məhsullarına qiymət tavanını təsdiqləyib<span class="qirmizi"></span>

 

Avropa İttifaqı Şurası “Yeddilər qrupu” ilə birgə Rusiyadan dəniz yolu ilə tədarük olunacaq dizel yanacağına 100 dollarlıq, diskont məhsullara isə 45 dollarlıq qiymət məhdudiyyətini rəsmən təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına görə, qiymət tavanı Qərb biznesinə və Qərbin logistik kompaniyalarının nəzarət etdiyi ərazilərdə tətbiq olunacaq. Qiymət məhdudiyyətinin tətbiqindən öncə imzalanmış müqavilələrin həyata keçirilməsi üçün fevralın 5-dən 55 günlük keçid dövrü başlayacaq.

Eyni zamanda, fevralın 5-də Rusiyanın neft məhsullarının dəniz yolu ilə Avropa İttifaqına tədarükünə qoyulan qadağa da qüvvəyə minəcək.

Mənbə: azertag.az