Bəzi avtobuslarda sərnişinlərdən artıq pul tələb olunur -VİDEO

Bəzi avtobuslarda sərnişinlərdən artıq pul tələb olunur -VİDEO<span class="qirmizi"></span>

 

Sumqayıt şəhərinin 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarında ikili tarif tətbiq olunur.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, şəhər mərkəzindən qəsəbələrə işləyən nəqliyyat vasitələrində gediş haqqı 40 qəpik müəyyən edilib. Bəzi yerlərdə isə 50 qəpik kimi müəyyənləşdirilib. Sərnişinlər idda edirlər ki, gedişhaqqı 40 qəpik olduğu halda, bəzi sürücülər onlardan 50 qəpik tələb edirlər.

Hətta ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində olan 3 saylı marşrut avtobuslarının sürücüləri sərnişinlərdən 60 qəpik tələb ediblər. Bu zaman sərnişinlərlə sürücülər arasında mübahisə də yaşanıb.

Sürücülər isə bu ittihamlarla razılaşmırlar. Onların sözlərinə görə, sərnişinlərdən müəyyən edilmiş tarifdən artıq məbləğ tələb olunmur.

Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, Sumqayıtda yalnız 3 nömrəli marşrutda gedişhaqqı 50 qəpik müəyyən edilib. Digərlərində isə məsafəyə uyğun olaraq 40 qəpik nəzərdə tutulub. Agentlik qiymətləri süni şəkildə qaldıran daşıyıcılara da xəbərdarlıq edib. Belə hallarla qarşılaşan sərnişinlərdən isə 11-81 Çağrı Mərkəzinə məlumat vermələri xahiş edilir.

BAKU.WS[xfgiven_instagram3][/xfgiven_instagram3]

Mənbə: baku.ws