“General Dynamics” Ukrayna üçün yeni “Abrams” tankları istehsal edəcək

“General Dynamics” Ukrayna üçün yeni “Abrams” tankları istehsal edəcək<span class="qirmizi"></span>

 

ABŞ-ın “General Dynamics” şirkəti Ukrayna üçün yeni “Abrams” tanklarının istehsalına başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Bildirilib ki, şirkətin Ohayo ştatındakı zavodu ayda təxminən 12 tank istehsal edir.

Qeyd edək ki, Pentaqon Kiyevə 31 ədəd “M1 Abrams” tankı tədarük etmək barədə qərar verib. Yerli mətbuatın məlumatına görə, “Abrams” tankları Ukraynaya 2023-cü ilin sonundan tez çatdırıla bilər.

Mənbə: azertag.az