İran Rusiyada PUA istehsal etməyi planlaşdırır

İran Rusiyada PUA istehsal etməyi planlaşdırır<span class="qirmizi"></span>

Rusiya Ukraynada istifadə etmək üçün İrandan yeni və daha sürətli pilotsuz uçuş aparatları (PUA) istəyib. 

Modern.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb. 

Bildirilir ki, rəsmi Moskva PUA-ların Rusiya ərazisində istehsal edilməsini istəyir. PUA fabriki Yelabuqa şəhərində (Ukrayna ilə sərhəddən 1100 kilometr uzaq) yerləşəcək. Fabrikin yaradılması Rusiya və İran arasında 1 milyard dollarlıq müqavilənin bir hissəsidir. 

Məlumata görə, yanvarın əvvəlində İranın yüksək səviyyəli nümayəndə heyəti zavodun tikintisi planlaşdırılan əraziyə baş çəkib. 

Nəşrin məlumatına görə, saziş noyabrın əvvəlində Tehranda imzalanıb. Rusiyadan müdafiə sənayesinin nümayəndələri də sazişin imzalanmasında iştirak edib. Qeyd olunur, İran hasilatı Rusiyaya keçirməklə özünü Qərbin yeni sanksiyalarından qorumağa ümid edir. 

Mənbə: yenisabah.az