Rusiyanın gəliri 8 milyard azalıb - Cəmisi bir ayda

Rusiyanın gəliri 8 milyard azalıb - Cəmisi bir ayda<span class="qirmizi"></span>

Neftin alışına tətbiq edilən qiymət məhdudiyyətləri Rusiyaya böyük zərbədir.

Publika.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol deyib. O, qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi qiymət məhdudiyyətlərinin yanvar ayında ölkənin ixrac gəlirini 30 faiz, yəni 8 milyard dollar azaltdığını açıqlayıb.

“OPEC+”in hasilat siyasətinin gözdən keçirilməsinin lazım ola biləcəyini qeyd edən Fatih Birol, həmçinin, bu il Çindən asılı olaraq, qlobal neft tələbatının artacağını proqnozlaşdırdıqlarını da bildirib:

"Bu il Çin iqtisadiyyatı bərpa olunur və bu, tələbata təzyiq göstərir”.

 

Mehti Kamiloğlu

Mənbə: publika.az