Nestle qiymətlərini artırmağa davam edəcək

Nestle qiymətlərini artırmağa davam edəcək<span class="qirmizi"></span>

Qlobal qida məhsulları istehsalçısı "Nestle" şirkəti, hələ tam istehlakçıya əks olunmayan istehsal xərclərinin artımını kompensasiya etmək üçün bu il məhsullarının qiymətini qaldırmağa davam etməli olacaq.

Marja xəbər verir ki, bunu şirkətin baş direktoru Mark Şnayder alman qəzetlərindən birinə deyib.

 

Qiymət artımı 2022-ci ildəki qədər kəskin olmayacaq, lakin artımlar olacaq.

KitKat şokoladlarını və Nescafe qəhvələrini istehsal edən dünyanın ən böyük qida qrupu, 2022-ci ilin ilk 9 ayında satışlarının 8,5% artdığını bildirib. Bu artımın 7,5 faiz bəndi qiymət artımı hesabına təmin edilib.

Bir çox inkişaf etmiş ölkələrdə inflyasiya indi çoxillik yüksək həddə çatır, bunun səbəbi əsasən ərzaq və enerji qiymətlərinin artmasıdır.

Mənbə: marja.az