Türkiyədə dörd vilayətdən İstanbula uçuş qiymətləri 100 TL-yə salındı - FOTO

Türkiyədə dörd vilayətdən İstanbula uçuş qiymətləri 100 TL-yə salındı - <span class="qirmizi">FOTO</span>

“Zəlzələ bölgələrinə humanitar yardım və axtarış-xilasetmə qruplarının çatdırılması üçün əməliyyatlar davam edir”.

Bu barədə Türkiyə Hava Yollarının sözçüsü Yəhya Üstün sosial media hesabından verdiyi açıqlamada bəyan edib.

Onun sözlərinə görə, ümumilikdə doqquzu yük təyyarəsi olmaqla 47 uçuş həyata keçirilib.

“Bu çərçivədə yola düşən humanitar yardım təyyarələrimizin geri dönüş reyslərini vətəndaşlarımızın istifadəsinə təqdim edirik. Həm bu reyslərin, həm də bizim Adana, Diyarbəkir, Şanlıurfa və Elazığdan İstanbula uçuşların bilet qiymətlərini 13 fevral tarixinə qədər vergilər də daxil olmaqla 100 TL-yə (təqribən doqquz manat) təyin edirik”, - deyə məlumatda vurğulanıb.

Mənbə: www.oxu.az