Nağdsız qaydada alınmış mənzilə görə ƏDV-nin bir hissəsi hansı şərtlərlə qaytarılır?

Nağdsız qaydada alınmış mənzilə görə ƏDV-nin bir hissəsi hansı şərtlərlə qaytarılır?<span class="qirmizi"></span>

İpoteka kreditini tam ödəyən fiziki şəxsə ödənişdən sonra ƏDV qaytarılacaq?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması yalnız 2020-ci il yanvarın 1-dən ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə aid edilir.

Həmin tarixdən əvvəl alınmış mənzillər üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmayıb.

Mənbə: azertag.az