6 ay əvvəl tikilmiş və zəlzələyə davamlı adı ilə satılan bina belə dağıldı - VİDEO

Malatya şəhərinin Bostanbaşı rayonunda 6 ay əvvəl inşa edilən və zəlzələyə davamlı sertifikatı ilə satışa çıxarılan iki bloklu "Asur Residences" zəlzələdən sonra dağılıb.

BAKU.WS xəbər verir ki, binanın bloklarından birinin çökmə anı sakinlər tərəfindən lentə alınıb.

Məlumata görə, binanın tikintisi başa çatdıqdan sonra zəlzələyə davamlı və dəmir-beton konstruksiyası ilə inşa olunması barədə sertifikat paylaşılıb.

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

"Dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb" - Fuad Oktay

SONRAKI XƏBƏR

Zəlzələ nəticəsində dağıntılar altında qalan 8 idmançı xilas edildi