Bakıda daha bir avtobus marşrutu xətti - "BakuBus"a VERİLDİ

Bakıda daha bir avtobus marşrutu xətti - "BakuBus"a VERİLDİ<span class="qirmizi"></span>

Ətraf kənd və qəsəbələrdə vətəndaşlara müasir, keyfiyyətli və təhlükəsiz müntəzəm sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etmək məqsədi ilə tədbirlər davam etdirilir.

Bu çərçivədə 08 fevral 2023-cü il tarixindən Zığ qəsəbəsi - “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə məxsus avtobuslara yerinə yetiriləcək. Müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinə əsasən “BakuBus” MMC qalib olub.

Qeyd edək ki, 44 nömrəli marşrut xətti üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasına imkan verəcək.

Mənbə: fed.az