Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək üçün “Qardaş Köməyi” Platforması yaradıldı

Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək üçün “Qardaş Köməyi” Platforması yaradıldı<span class="qirmizi"></span>

Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək üçün “Qardaş Köməyi” Platforması yaradıldı.

Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ, təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatının olması Azərbaycan xalqını dərindən üzmüşdür. Azərbaycanın “Bir millət, iki dövlət” prinsipindən çıxış edən rəsmi qurumları, o cümlədən ictimaiyyət təmsilçiləri qardaş Türkiyəyə dəstəklərini bu və ya digər şəkildə açıqlayırlar.

Hazırda vəziyyətin son dərəcədə ağır olduğunu, qardaş türk xalqıyla həmrəyliyin vacibliyini nəzərə alaraq MÜSİAD Azərbaycan, ATİB, TUİB, Azərbaycan Sahibkarlar Konfederasiyası, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Əczaçılar Klubu, Gəncliyə Yardım Fondu, Müasir İnkişaf Birliyi, KOBSKA, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin yetkililəri ilə birlikdə MÜSİAD Azərbaycan ofisində, dəstəkçi təşkilat olan KOBİA-nın təmsilçisinin də qatılmasıyla "Qardaş Köməyi " platforması təsis edib.

“Qardaş Köməyi” Platforması (sədr Rəşad Cabirli) zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Azərbaycan və Türkiyənin aidiyyatı dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyətin həyata keçirilməsini razılaşdırb.

08 fevral 2023-cü il tarixdə Platformanın geniş toplantısının keçirilməsi, yardım üçün görüləcək işlərlə bağlı geniş açıqlama verməsi razılaşdırılıb.

Platforma üzvləri zəlzələdən zərərçəkən insanlara pul dəstəyi göstərmək istəyən insanlara “SƏNİNLƏYƏM-TÜRKİYƏM!” adlı yardım kampaniyasına qoşulmağa çağırıb. Belə həssas məqamlarda sui-istifadə hallarının qarşısının alınması, o cümlədən pərakəndəliyə yol verməmək üçün aşağıda məlumatları elan olunan yardım kampaniyasına həm fiziki, həm də hüquqi şəxslərin qoşulması lazımdır.

“Ziraat Bank Azərbaycan”ın şöbələrindən və mobil hesablarından Türkiyənin AFAT təşkilatının (Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətin İdarəedilməsi Başqanlığı) hesabına Türkiyə lirəsi, ABŞ dolları və Avro ilə köçürmə edilməsi lazımdır.

O cümlədən bu hesaba köçürmə edilməlidir:

“Yardım et!”

SMS İanəsi: Azercell abunəçiləri 8116 nömrəsinə İANƏ etmək istədiyi məbləği yazaraq SMS vasitəsilə İANƏ edə bilər.

Onlayn İANƏ: Hesab.az və Yardım.et

Ödəmə terminalları: Milliön, eManat

AZN Hesabı:

Valyuta AZN

Benefisiarın bank Kapital Bank ASC Nəsimi filialı

Filialın kodu 200112

VÖEN 9900003611

SWIFT kod AIIBAZ2XXXX

Müxbir hesab AZ37NABZ01350100000000001944

Benefisiarın adı AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİ

Benefisiarın hesabı AZ77AIIB38090059443500275111

Benefisiarın VÖEN-i 1700011681

Ünvan Bakı şəhəri, Nəsimi ray. İ. Qasımov küç 4

Telefon Telefon: +994124407169 Faks: +994124414849

Email [email protected]

T.C.

İçişleri Bakanlığı

Afet ve Acil Durum Yönetimi Başkanlığı (AFAD)

Deprem Dairesi Başkanlığı

Tel: +90 312 287 36 48

+90 312 258 23 23 (Santral)

Fax: +90 312 287 93 70

E-Posta: [email protected]

Mənbə: marja.az