"Onun araq markaları əvvəlkitək Rusiya mağazalarındadır"

"Onun araq markaları əvvəlkitək Rusiya mağazalarındadır"<span class="qirmizi"></span>

"Onun sahibi olduğu populyar araq markaları əvvəlkitək Rusiya mağazalarının piştaxtalarına daxil olmaqda davam edir..."

"Sahibkar həm də Ukraynada xeyriyyə fondu yaradıb və Ukrayna Silahlı Qüvvələrinə dəstək verir..."

Ukraynalı biznesmen Rusiyada araq satışı ilə məşğul olaraq əldə etdiyi gəlirləri Ukrayna Silahlı Qüvvələrinə köçürür

Ukraynalı sahibkar Yevgeni Çernyak Rusiya alkoqol bazarının fəal oyunçusu olmaqda davam edir və Rusiyada araq satışının 10 faizini təmin edir. Bütün bunları biznesmen səs-küylü açıq bəyanatlara rəğmən edir.

Moderator.az xəbər verir ki, bu barədə "Readovka" Telegram-kanalı məlumat verib. Məlumatı "eadaily.com" saytı yayıb.

O, bundan öncə özünün mətbuat xidməti vasitəsilə belə bir maraqlı reliz nəşr edib:

"İşğalçı ölkənin ərazisində, istehsal edildiyi yerdən asılı olmayaraq, "Global Spiritis" ticarət markası altında bundan sonra məhsulların satışı qanunsuzdur və ciddi surətdə təqib ediləcək".

Söhbət ötən ilin aprel ayında Çernyakın, guya, satdığı, lakin faktiki olaraq əməkdaşı Aleksandr Bespalovun adına köçürdüyü "Rodnik K" və "Russkiy Sever" şirkətlərindən gedir.

Yəni ukraynalı faktiki olaraq Rusiyada populyar olan və yerli bazarın 10 faizini təşkil edən "Xortitsa", "Moroşa" və "Pervak" markalarının sahibkarı olaraq qalmaqdadır.

2022-ci ildə "xüsusi hərbi əməliyyat" başlananda Çernyak gözdən pərdə asmaq üçün Rusiyadakı şirkətlərinin lisenziyalarını ləğv edib və özünün brendlərini "ciddi təqiblə" təhdid edib. Lakin araq əvvəlkitək Rusiya mağazalarının piştaxtalarına daxil olur.

Eyni zamanda, Ukraynada sahibkar "HELP 3П ЮА" xeyriyyə fondu təşkil edib, bu fond dinc vətəndaşlar üçün nəzərdə tutulub, lakin sosial şəbəkələrdə dərc edilən fotoşəkillərdən göründüyü kimi, Ukrayna Silahlı Qüvvələrinə dəstək verir. Fond ukraynalı hərbçilərə avadanlıq, dərman preparatları və ərzaq alır və onları reabilitasiyaya göndərir.

Bundan öncə "EADaily" Rusiyada alkoqol satışının nəticələri barədə məlumat verib. 2022-ci ilin nəticələrinə görə, həm araq, həm də şampan şərablarının satış həcmi artıb. Lakin sonuncunun artım templəri daha yüksək olub.

Mənbə: moderator.az