"Qiwi" Azərbaycan banklarının kartlarına köçürmələr etmək imkanı yaradıb

"Qiwi" Azərbaycan banklarının kartlarına köçürmələr etmək  imkanı yaradıb<span class="qirmizi"></span>

"Qiwi" ödəniş xidməti artıq öz "Cüzdan"ının müştərilərinə Azərbaycanın istənilən bankının kartlarına köçürmələr etmək imkanı verir.

Bu barədə "Qiwi"nin mətbuat xidmətindən bildirilib.

"İstənilən Azərbaycan bankının kartına köçürmələr "Qiwi Cüzdan"da artıq mümkündür. "Qiwi" istifadəçiləri proqramda, pul cüzdanının veb versiyasında, həmçinin terminallardan pul köçürə bilərlər", - deyə şirkətdən bildirilib.

Köçürmələr Azərbaycan manatı, dollar və avro kimi valyutalarda mümkündür, göndərən şəxs pulu rublla ödəyir və konvertasiya məzənnəsi "Qiwi" partnyor bank tərəfindən müəyyən edilir.

Mənbə: news.milli.az