Bakıda daha bir yolda ödənişli parklanma təşkil OLUNACAQ

Bakıda daha bir yolda ödənişli parklanma təşkil

Bakının Nərimanov rayonunda yeni pullu parklanma sahəsi yaradılıb.

“Referans.az”a istinadən xəbər verilir ki, hazırda Əhməd Rəcəbli küçəsi və ona bitişik ərazilərdə ödənişli parklanma yerlərinin təşkili ilə bağlı işlər mərhələli qaydada həyata keçirilir.

Yol nişanları və məlumat lövhələrinin quraşdırıldığı ərazilərdə artıq xidmət aktivdir. Sürücülər mobil tətbiq və SMS vasitəsilə parklanmaya görə ödənişlərini edə bilirlər.
Xatırladaq ki, parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərinin müəyyən hissələri Mərkəz, 1-ci, 2-ci, 3-cü və 4-cü zonalara bölünüb.

İnfrastruktur təşkil edilməyən ərazilərdə isə parklanmaya görə sürücülərdən pul tələbi qanunsuzdur.

Mənbə: bizim.media