Fermerlər Parisdə “Zəfər tağı”nın önündə aksiya keçirir - Foto

Fermerlər Parisdə “Zəfər tağı”nın önündə aksiya keçirir - Foto

 

Fransada “Kənd koordinasiyası” fermerlər birliyi hökumətin siyasətinə etiraz olaraq Parisdə “Zəfər tağı” abidəsinin önündə aksiya keçirir.

Onlar abidənin ətrafına ot tayaları yerləşdiriblər.

İştirakçılar bildirir ki, ölkə hakimiyyəti onun kənd təsərrüfatı sektorunun nümayəndələrini eşitmir.

Qeyd edək ki, aksiya zamanı bir neçə nəfər saxlanılıb.

Xatırladaq ki, fermerlər inflyasiya səbəbindən gəlirlərinin azalmasına, həmçinin Ukraynadan ölkəyə kənd təsərrüfatı məhsullarının idxalının genişlənməsinə etiraz edirlər.

Mənbə: qafqazinfo.az