Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişindaşıma 21 %-dən çox artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişindaşıma 21 %-dən çox artıb<span class="qirmizi"></span>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 18 milyon ton yük, 236,6 milyon sərnişin daşınıb.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,9 % və 21,4 % çoxdur.

Məlumata görə, sərnişinlərin 95,5 %-i avtobus, 4,5 %-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 2,8 %, sərnişin dövriyyəsi isə 23,1 % artıb.

Mənbə: report.az