Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT

Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT<span class="qirmizi"></span>

 

Neftin qiyməti 2021-ci ilin dekabrından bəri antirekord vurub. FED.az xəbər verir ki, bu gün birjalarda Brent markalı neft 71 dollardan aşağı düşüb.

Martın 20-də London birjasında hərraclarda Brent markalı neft 71 dollardan aşağı düşüb. Amerikanın WTI nefti isə 65 dollardan da aşağı qiymətə satılıb.

Brent markalı neft 70,56 dollara endikdən sonra yenidən 71 dolların üzərinə qalxıb (Bakı vaxtilə 13-30-da 71-42 dollardır). Amma bu da əvvəlki ticarət günün qiymətindən 2,5% aşağıdır.

WTI nefti isə 65,2 dollar ətrafındadır, bu da əvvəlki hərrac günü ilə müqayisədə 2,5% azdır.

Azərbaycan neftinin bugünkü son qiyməti axşam məlum olacaq və sabah açıqlanacaq. Onu da qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan nefti 75,4 dollar olub. Son 10 gündə neft 10 dollar ucuzlaşıb, 10 gün əvvəl qiymət 85 dollar idi.

Mənbə: fed.az