Qazaxıstan Rusiyadan yan keçərək Azərbaycana neft çatdırdı - Tarixdə ilk

Qazaxıstan Rusiyadan yan keçərək Azərbaycana neft çatdırdı - Tarixdə ilk<span class="qirmizi"></span>


Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və kütləvi anti-Rusiya sanksiyaları fonunda Qazaxıstan nefti Rusiyadan yan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılıb.
Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, “Kaztransoil” belə neft tədarükünün ilk dəfə həyata keçirildiyini açıqlayıb.
“Kaşaqan” yatağından Aktau limanı vasitəsilə Bakı limanına 6,9 min ton neft göndərilib.
“INPEX North Caspian Sea, Ltd” şirkətinin Qazaxıstandakı filialının direktoru Hiroşi İkedanın sözlərinə görə, sınaq yüklənməsi Transxəzər marşrutu istiqamətində dəmir yolu vasitəsilə Kaşaqan neftinin ixrac marşrutlarının şaxələndirilməsinin mümkünlüyünü göstərib.

Mənbə: www.yeniavaz.com