Beynəlxalq Valyuta Fondu Şri-Lankaya yardım edib

Beynəlxalq Valyuta Fondu Şri-Lankaya yardım edib<span class="qirmizi"></span>

SİA TRT-yə istinadən xəbər verir ki bu barədə məlumatı Beynəlxalq Valyuta Fondu yayılıb. Bildirilib ki, idarə heyəti EFF çərçivəsində 48 aylıq proqramı təsdiqləyib.

Açıqlamada qeyd edilib ki, Proqram ilə “Şri-Lankanın makroiqtisadi sabitliyini və borc dayanıqlığını qurmaq, iqtisadiyyatın yoxsul təbəqəyə təsirini azaltmaq, maliyyə sektorunda sabitliyi bərpa etmək, idarəetməni və artım potensialını gücləndirmək məqsəd götürülüb.

Xatırladaq ki, İqtisadi böhrana qarşı mübarizə aparan Şri-Lankada maliyyə vəziyyəti və yanacaq çatışmazlığı ilə bağlı etirazların artması qarşısında daha çox müqavimət göstərə bilməyən prezident Qotabaya Rajapaksa 13 iyul 2022-ci ildə həyat yoldaşı və iki mühafizəçisi ilə Maldiv adalarına, oradan isə Sinqapura keçib və 14 iyul 2022-ci ildə e-poçt vasitəsilə istefa məktubunu göndərib. 20 iyul 2022-ci ildə Şri Lanka Assambleyasında keçirilən səsvermədə müvəqqəti prezident və baş nazir Ranil Vikremesinqhe ölkənin yeni dövlət başçısı seçilib.

Qeyd edək ki, Şri-Lankanın ümumi xarici borcu 51 milyard dolları keçib, 2021-ci ildə ödənilməli olan borcun təxminən 7 milyard dolları defoltdur. Tarixinin ən ağır iqtisadi böhranı ilə üzləşən Şri-Lanka BVF ilə apardığı danışıqlar nəticəsində 2,9 milyard dollarlıq ilkin kredit razılaşmasına nail olub.

Mənbə: sia.az