Azərbaycan qara kürünü 300 dollara alır, 1000 dollara satır – ÖLKƏLƏR, MƏBLƏĞLƏR

Azərbaycan qara kürünü 300 dollara alır, 1000 dollara satır – ÖLKƏLƏR, MƏBLƏĞLƏR<span class="qirmizi"></span>

Azərbaycanın nərə balığı kürüsü - qara kürü üzrə xarici ticarətinin detalları məlum olub.

FED.az xəbər verir ki, 2022-ci ildə Azərbaycanın xarici ticarətində «qara kürü dövriyyəsi» təqribən 2,2 milyon dollara yüksəlib. 2021-ci illə müqayisədə qara kürü dövriyyəsi 32% artıb. 2022-ci ildə həm ölkədən ixrac edilən, həm də xaricdən Azərbaycana gətirilən qara kürünün həcmi və qiyməti yüksəlib.

Pirallahıda qara kürü istehsal edən şirkətin kapitalı 160 mln manata - ÇATDIRILDI

Azərbaycan 2022-ci ildə xarici ölkələrə 459 190 dollarlıq 430 kiloqram qara kürü ixrac edib. 2021-ci illə müqayisədə qara kürünün ixracı 2,2 dəfə artıb.

İxrac olunan 1 kilqoqram kürünün rəsmi qiyməti 1067 dollar və ya 1815 manat təşkil edib.

Bakıda qara kürünün qiyməti açıqlandı – 1 KİLOQRAMI 3500 MANAT

Bunu 59 min 440 dollarlıq 90 kiloqramı (1 kilosu 600 dollar) Rusiyaya, 91 020 dollarlıq 120 kiloqramlıq hissəsi (1 kilosu 760 dollar) ABŞ-a, 159 300 dollarlıq 140 kiloqramı Birləşmiş Ərəb Əmirliyinə (1 kilosu 1 140 dollar), 15 380 dollarlıq 10 kiloqramlıq hissəsi Çinə (1 kilosu 1540 dollar), 16 330 dollarlıq 10 kiloqramlıq hissəsi Sinqapura (1 kiloqramı 1633 dollar), 14 100 dollaroıq 10 kiloqramlıq hissəsi Türkiyəyə (1 kilosu 1400 dollar), 5 460 dollarlıq 10 kiloqramlıq hissə (1 kilosu 550 dollara) Yeni Zelandiyaya ixrac edilib.

Daha 98 150 dollarlıq 50 kiloqramlıq qara kürü isə digər ölkələrə ixrac olunub.

Başqa sözlə, Azərbaycandan xaricə ixrac olunan qara kürünün əças hissəsi yuxarıda göstərilən 7 ölkəyə satılıb. 2021-ci illə müqayisədə qara kürünün satıldığı öokələrin siyahısı daha 2 ölkə genişlənib. Belə ki, 2021-ci ildə qara kürü 5 ölkəyə satılmışdı.

Xaricdən Azərbaycana isə 2022-ci ildə 1759 100 dollarlıq 5 740 kiloqram qara kürü idxad edilib. İdxal edilən qara kürünün kiloqramının idxal qiyməti 306 dollar və ya 520 manat təşkil edib.

Azərbaycana nərə balığı kürüsü – qara kürü demək olar ki, bütünlüklə Çindən gətirilir- 2022-ci ildə bütün kürü idxalının 1 735 min dolları və ya 99%-i Çinin payına düşüb. Bu məbləğə ölkəyə 5,7 ton qara kürü gətirilib. Dəyəri 23 070 dollar olan 30 kiloqram qara kürü isə Azərbaycana ABŞ-dan idxal edilib.

Qeyd edək ki, 2021-ci illə müqayisədə qara kürünün Azərbaycana idxal edilən qara kürünün qiyməti artıb, ölkədən xaricə ixrac olunan kürünün qiyməti isə azalıb.

Belə ki, 2021-ci ildə xaricdən Azərbaycana 1 milyon 454 500 dollarlıq 5 150 kiloqram qara kürü idxal edilib. 1 kiloqram kürünün idxal qiyməti 282 dollar və ya 480 manat olub.

Bundan başqa, 2021-ci ildə Azərbaycan ölkədən xaricə 211 220 dollarlıq 190 kiloqram qara kürü ixrac edib. Ölkədən ixrac edilən kürünün qiyməti 1112 dollar və ya 1900 manat təşkil etmişdi.

İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.

“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.

Mənbə: fed.az