2023-cü il martın 1-nə Rusiya Federasiyasının beynəlxalq ehtiyatlarında qızıl ehtiyatları 74,9 milyon unsiya (2329,65 ton) təşkil edib.
Marja xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Sonuncu dəfə - 2021-ci ilin əvvəlində ehtiyatların 73,9 milyon unsiya (2298,547 ton) olduğu açıqlanmışdı.
2023-cü ilin mart ayının əvvəlinə ehtiyatlardakı qızılın dəyəri 135,564 milyard dollar və ya Rusiya Mərkəzi Bankının ümumi beynəlxalq ehtiyatlarının 23,6%-ni təşkil edib.