Rusiya Çinin ən böyük neft tədarükçüsü olub

Ukraynada münaqişə başlayandan sonra Rusiyanın enerji məhsullarının Çinə tədarük həcmi 88 milyard dollara yüksəlib. Bir il əvvəl, bu məbləğ 57 milyard dollar idi.

Marja xəbər verir ki. bu barədə Bloomberg məlumat yayıb.

Agentlik qeyd edir ki, Səudiyyə Ərəbistanını lider mövqedən məhrum edən Rusiya Çinin ən böyük neft tədarükçüsü olub, həmçinin, İndoneziyadan sonra ikinci ən böyük kömür tədarükçüsü, Avstraliya və Qətərdən sonra üçüncü maye qaz tədarükçüsü olub.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

Naxçıvanda qəza zamanı bir nəfər xəsarət alıb

SONRAKI XƏBƏR

Ukrayna rusiyalı iş adamının 540 min dollarlıq əmlakına həbs qoydu