Ermənistanda bankların xarici valyutada kredit verməsi məhdudlaşdırıldı

 

Ermənistan parlamenti “Valyuta tənzimi və valyuta nəzarəti haqqında” qanuna dəyişiklik edib, bank və kredit təşkilatları tərəfindən xarici valyutada kreditlərin verilməsini məhdudlaşdırıb. Qanuna dəyişikliklərin lehinə 68 deputat, əleyhinə isə 31 deputat səs verib. İndi Ermənistan bankları və kredit təşkilatları istehlak kreditləri və kreditləri, mənzil ipoteka kreditlərini yalnız erməni dramında verə bilər.
Dəyişikliklər qeyri-rezident fiziki şəxslərə təsir etməyəcək, onlar xarici valyutada ipoteka krediti ala biləcəklər.


 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Oqtay Əliyevin son açıqlaması: Bir-bir itiririk - Video

SONRAKI XƏBƏR

“Milan” yayda ulduzunu sata bilər