Türk Hava Yolları Fransadakı tətilə görə qarşılıqlı reyslərini ləğv edib

Türk Hava Yolları Fransadakı tətilə görə qarşılıqlı reyslərini ləğv edib<span class="qirmizi"></span>

Türk Hava Yolları Fransada tətil səbəbiylə 24-25 mart tarixlərində qarşılıqlı olması planlaşdırılan Lyon-İstanbul reyslərinin ləğv edildiyini açıqlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türk Hava Yolları nin mətbuat xidmətindən verilən məlumata görə, bu gün həyata keçirilməsi planlaşdırılan İstanbul-Lyon və Lion-İstanbul, sabah isə AnadoluJet-in Sabiha Gökçen-Lyon və Lyon-Sabiha Gökçen reysləri Fransada tətil səbəbiylə ləğv edilib.

Türk Hava Yolları ayrıca Almaniyanın Münhen şəhərində baş tutacaq tətillə əlaqədar 26 mart bazar günü İstanbuldan bu şəhərə bütün uçuşları ləğv edib.

 

Mənbə: sia.az